Lord Uduş Kampaniyası” Stimullaşdırıcı tirajlı lotereyanın keçirilmə

Şərtləri

  1. Ümumi məlumatlar

Lotoreya təşkilatçısının adı: “Safari Group”Məhdud Məsuliyyətli Cəmiyyəti

VÖEN: 1006552481

Yerləşdiyi ünvan: Az (1116) Bakı ş., Binəqədi rayonu, Süleyman Sani Axundov,kuç, ev 4, men 48

Lotoreyanın adı: “Lord Uduş Kampaniyası” tirajlı stimullaşdırıcı lotoreya

Lotoreyanın keçirilmə forması – Stimullaşdırıcı tirajlı

  1. Stimullaşdırıcı Lotereyanın adı, keçirilmə forması, müddəti və keçirildiyi ərazi:

2.1 2021-ci il 06 oktyabr tarixindən 2021-ci il 19 dekabr tarixinədək Azərbaycan Respublikasının bütün ərazisində “Lord Uduş Kampaniyası” Stimullaşdırıcı lotereya (bundan sonra – “Lotereya”) keçirilir. Lotereyanın keçirilmə müddəti ərzində ümumilikdə 5 tiraj keçiriləcəkdir.

2.2 Lotereya “Lord” günəbaxan tumlarının “Klassik” və “Duzlu” növlərinin (bundan sonra Lord günəbaxan tumları) satılmasının stimullaşdırılması məqsədi ilə Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən ərzaq dükanları, habelə pərakəndə ticarət obyektlərində bu ərzaq mallarının alıcıları arasında keçirilməsi nəzərdə tutulur.

Lord” günəbaxan tumlarının aşağıdakı növlərinin Lotereya çərçivəsində satışının stimullaşdırılması nəzərdə tutulur:

  1. Lord Klassik 60 qram

  2. Lord Klassik 70 qram

  3. Lord Ağ Tum 50 qram

  4. Lord Duzlu 60 qram

  5. Lord Duzlu Big 110 qram

  6. Lord Klassik Kvatro 80 qram

  7. Lord klassik 25 qram

  8. Lord Kvatro Duzlu 70 qram

  9. Lord Xan Tum Böyük 100 qram

  10. Lord Xan Tum 60 qram

  11. Xan Klassik 50 gram

2.3 Sözügedən malları əldə edən alıcılar “Lord Uduş Kampaniyası” stimullaşdırıcı lotereyada iştirak etmə hüququnu əldə edəcəkdir. Hər bir “Lord” günəbaxan tumlarının üzərində alıcılara lotereyada iştirak haqqında qısa məlumat veriləcəkdir.

2.4 Lotereya Azərbaycan Respublikasının bütün ərazisində keçirilir. Qeyri-dövlət lotereyasıdır.

2.5. Bu Lotereya Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 1951100017 nömrəli, 11.03.2019-cu il tarixli Qərarı ilə təsdiqlənən “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi Qaydaları”-nı əsasən keçirilir.

  1. Stimullaşdırıcı Lotereyada iştirak hüququ:

3.1. Lotereyanın keçirilməsi tarixlərində “Lord” günəbaxan tumlarının alan hər bir şəxs Lotereyada iştirakçı olmaq hüququ əldə edilir. Lotereya çərçivəsində 550 000 (beş yüz əlli min) “Lord” günəbaxan tumlarının “Klassik” və “Duzlu” növünün məhsulunun satışa çıxarılması nəzərdə tutulur. Bu Şərtlərin 2.2-ci bəndində qeyd olunan hər bir çeşiddən 50 000 (əlli min) ədəd pərakəndə satışa təqdim ediləcək və hər bir məhsulun içərisində 8 rəqəmli kupon yerləşdiriləcəkdir.

3.2. Hər bir “Lord” günəbaxan tumlarının üzərində “Paketin içindəki kodla lotereyaya qatıl və qazan!” yazısı qeyd ediləcəkdir. “Lord” günəbaxan tumlarının üzərində qeyd olunan məlumat xarakterli yazı əsasında məhsulu alan hər bir alıcıya lotereyada ilkin iştirak hüququ barədə məlumat veriləcəkdir.

3.3. İştirak hüququ əldə etmək üçün sözügedən günəbaxan tumlarının paketlərinin içərisində kupon yerləşdiriləcək. Kuponlar liseziyalı mətbəədə sifariş ediləcək.

3.4. Stimullaşdırıcı lotereyanın iştirakçısı sözügedən mallardan aldıqda, malın paketinin içərisində qeyd olunan 8 simvoldan ibarət nömrə və hərf kombinasiyası günəbaxan tumlarının üzərində qeyd edilmiş Whatsapp qısa nömrəsinə mesaj göndərəcəkdir.

3.5. Bütün kombinasiyalar əvvəlcədən Lotereya təşkilatçısında olacaqdır. Lotereya təşkilatçısı iştirakçıdan Whatsapp mesaj vasitəsi ilə daxil olan kombinasiyanı özündə olan (əvvəlcədən formalaşdırılmış) kombinasiyalar ilə tutuşdurduqdan sonra iştirkaçıya bu Şərtlər toplusunun tələblərinə uyğun olaraq Lotereyada iştirak hüququ ilə bağlı məlumat, şərtlər və digər əlaqəli məlumatlar göndəriləcəkdir.

3.6. Lotereyada qeyd olunan 8 simvoldan ibarət nömrə və hərf kombinasiyası yalnız bir tirajlarda iştirak etmək hüququ qazanır.

3.7. Lotereyada istifadə edilən Whatsup nömrəsi: +994 50 241-45-55. Qeyd olunan nömrəyə whatsappla məlumatın göndərilməsi ödənişsizdir və iştirak hüququnun təsbit olunması üçün iştirakçılardan əlavə haqq tutulmur.

3.8. Daxil edilən məlumatların doğruluğu və bu Şərtlərin 10.2-ci bəndində qeyd olunan tələblərə uyğunluğu yoxlanıldıqdan sonra iştirakçıya müraciətinin qeydiyyata alınması barədə təsdiq mesajı göndərilir.

3.9. İştirakçılara “Stimullaşdırıcı lotereyaların təşkili və keçirilməsi” Qaydalarının 3.1-ci bəndinə əsasən lotereya biletinə bərabər tutulan digər məlumat daşıyıcısı ilə bağlı olan lakin əks olunması həmin məlumat daşıyıcısında mümkün olmayan rekvizitlər elektron formada iştirakçının qeydiyyatdan keçdiyi mobil nömrəyə whatsapp vasitəsilə göndərilir.

3.10. Məlumatda aşağıdakılar əks olunur: Təşkilatçının tam adı və olduğu yer; lotereyanın adı və keçirilmə forması, o cümlədən “stimullaşdırıcı lotereya” sözləri; 8 8 simvoldan ibarət nömrə və hərf kombinasiyası; tirajın uduş fondunun oynanılması tarixi; lotereya biletinin istifadə edildiyi tirajın sıra nömrəsi: lotereyanın uduş fondu haqqında məlumat; lotereyanın uduş fondunun oynanılması şərtləri haqqında məlumat; uduşların verilməsi (ödənilməsi) üçün uduşlu lotereya biletlərinin Təşkilatçı tərəfindən qəbulu müddəti və uduşların verilməsi (ödənilməsi) qaydaları haqqında məlumat; lotereyanı keçirmək hüququnun əldə olunması haqqında məlumat (tarix daxil olmaqla). Məlumatda həmçinin paketinin içərisindən çıxan kuponu (zədələnməmiş halda) saxlamalı olduğu da qeyd olunacaq. “Lord” günəbaxan tumlarının qalib olacağı təqdirdə İştirakçı tərəfindən uduşu almaq üçün təqdim edilməlidir.

3.11. Hər növbəti tirajda iştirak etmək üçün alınan mallara dair məlumatlar bu Şərtlərin 5-ci bəndində qeyd olunan başlama və bitmə tarixi və saatınadək bu Şərtlərin 3.7-ci bəndində qeyd olunan əlaqə nömrəsinə whatsapp vasitəsilə göndərilməlidir. İştirakçı mallara dair məlumatları bitmə tarixi və saatından sonra daxil etdikdə, o zaman Lotereyanın iştirakçısı Lotereyanın keçirilməsi qaydasını pozan şəxs hesab olunur və tiraja buraxılmır.

3.11. Qeydiyyat üçün Təşkilatçıya gələn məlumatlar Excel fayl şəklində qeyd olunur. Cədvəl faylı qeydiyyatdan keçən iştirakçılar tərəfindən göndərilmiş kodlara və göndərilmə tarixinə əsasən formalaşdırılır. Daxil olan uğurlu məlumatlar xüsusi hazırlanmış kompüter proqram təminatının (random.org) məlumat bazasına yüklənilir. Proqrama uduşların adları və sayları daxil edilir. Proqram təsadüfi şəkildə iştirakçılar arasından müvafiq sayda qalib təyin edir. Qaliblər kuponun üzərindəki 8 simvollu kodu ekranda görünür.

3.12. Oyunların bütün məlumatları Tiraj komissiyasının üzvləri tərəfindən imzalanan cədvəldə (protokolda) əksini tapır və Lotereyanın keçirilməsindən sonra 3 (üç) ildən az olmamaq şərti ilə Lotereyanın Təşkilatçısında saxlanılır.

3.13. İştirakçının qalib olması və Lotereyanın şərtlərinə riayət etməklə uduşu alması haqqında məlumat Təşkilatçının nümayəndəsi tərəfindən qeydiyyata alınmış mobil telefon nömrəsinə ilkin olaraq whatsapp nömrəsinə mesaj göndərməklə, ardınca isə zəng etməklə verilir.

4. Stimullaşdırıcı Lotereyanın uduş fondu:

4.1. Lotereya çərçivəsində uduş fondunun ümumi miqdarı – 76500 (yetmiş altı min beş yüz) AZN təşkil edir.

4.2. Hər tiraj (5 tiraj) üzrə uduş fondu üzrə bölgü aşağıdakı kimidir:

4.2.1 500 ədəd 1(bir) AZN

4.2.2. 300 ədəd 2(iki) AZN

4.2.3. 200 ədəd 5(beş) AZN

4.2.4. 100 ədəd 10(on) AZN

4.2.5. 60 ədəd 20(iyirmi) AZN

4.2.6. 40 ədəd 50(əlli) AZN

4.2.7. 20 ədəd 100(yüz) AZN

4.2.8. 10 ədəd 200(iki yüz)AZN

4.2.9. 4 ədəd 500(beş yüz)AZN

4.2.10. 1 ədəd 1000 (bir min)AZN

4.3. Final tirajında əlavə olaraq 1 ədəd 10000 (on min) AZN uduş veriləcəkdir.

4.3. Uduş fondu yuxarıda göstərilən uduşların sayı və nomenkulaturası ilə məhdudlaşır.

4.4. Uduşlar yalnız bu Şərtlərin müddəalarına əsasən lotereyanın iştirakçıları tərəfindən əldə oluna bilər.

4.5. Uduş fondu lotereyanın Təşkilatçısı hesabına formalaşır.

5. Stimullaşdırıcı lotereyanın hər tirajının uduş fondunun oynanılması tarixi:

5.1. Hər 5 tiraj fondu ayrılıqda 5 çəkiliş zamanı oynanılacaq.

5.2. Tirajların keçirilmə müddət və vaxtları aşağıdakı kimi olacaq:

1-ci tirajın uduş fondunun oynanılması tarixi – 20.10.2021

Başlama tarixi: 06.10.21 00:00

Bitmə tarixi: 19.10.21 23:59

2-ci tirajın uduş fondunun oynanılması tarixi – 05.11.2021

Başlama tarixi: 20.10.21 00:00

Bitmə tarixi: 04.11.21 23:59

3-cü tirajın uduş fondunun oynanılması tarixi – 20.11.2021

Başlama tarixi: 05.11.21 00:00

Bitmə tarixi: 19.11.21 23:59

4-cü tirajın uduş fondunun oynanılması tarixi – 05.12.2021

Başlama tarixi: 20.11.21 00:00

Bitmə tarixi: 04.12.21 23:59

5-ci tirajın uduş fondunun oynanılması tarixi – 20.12.2021

Başlama tarixi: 05.12.21 00:00

Bitmə tarixi: 19.12.21 23:59

5.3. Final uduş üzrə tiraj – 20.12.2021-ci il tarixində keçiriləcək.

5.4. 20 dekabr (5-ci tiraj) 2021-ci il tarixində keçiriləcək tirajda eyni zamanda final uduşu oynanılacaqdır. Həmin tarixlərdə keçirilən tirajda iştirakçılar 5-ci tiraja çıxarılan uduşlarla yanaşı, final uduş fonduna daxil edilmiş uduşu da uda bilər.

5.5. Tirajlar https://lord-snacks.az/ saytında və youtube.com saytında canlı yayımlanacaqdır.

6. Stimullaşdırıcı Lotereya üzrə uduşların verilməsi haqqında lotereya iştirakçılarının lumatlandırılması qaydası:

6.1. Lotereyanın uduşların verilməsi və qaliblərinin müəyyən edilməsinin nəticələri barədə məlumat kütləvi informasiya vasitələrində (KİV) və https://lord-snacks.az/ internet saytında dərc ediləcək.

6.2. Lotereyanın Şərtləri barədə məlumatlandırma Lotereya barədə elan verilməsi və https://lord-snacks.az/ internet saytında Lotereyanın mexanizmi barədə iştirakçılar üçün nəzərdə tutulmuş məlumatın eləcə də, lotereyanın Şərtlərinin yerləşdirilməsi və yayımlanan reklam materiallarında yerləşdirilməsi vasitəsilə həyata keçirilir.

6.3. Əlavə məlumat üçün Lotereyanın keçirildiyi müddət ərzində +994 50 241-45-55 Qaynar Xətt nömrəsinə zəng etməklə müraciət etmək olar.

6.4. Lotereyanın iştirakçılarının lotereyanın şərtləri, nəticələri və uduşların alınması üsulu, eləcə də, lotereyanın keçirilməsinin vaxtından əvvəl dayandırılması halları haqqında məlumatlandırılması https://lord-snacks.az/ internet sayt vasitəsilə baş verir.

6.5. Tirajlı lotereyanın hər tirajının uduş fondunun oynanılmasının nəticələri kütləvi informasiya vasitəsilə və https://lord-snacks.az/internet saytında elan edilməsi yolu ilə həyata keçirilir.

6.6. Oyunun hər bir mərhələsinə əsasən, oyunların keçirilməsilə bağlı yekun nəticələr (qaliblərin və uduşların siyahısını) qaliblərin təyin olunması anından etibarən 3 iş günü ərzində https://lord-snacks.az/ internet səhifəsi və digər kütləvi informasiya vasitələrində yerləşdirilir.

7. Uduş fondunun oynanılması və qaliblərin müəyyən edilməsi:

7.1. Uduş qazanmaq hüququ əldə edəcək Lotereya qaliblərinin müəyyən edilməsi mövcud Şərtlərə uyğun olaraq və aşağıda göstərilən hallar nəzərə alınmaqla həyata keçirilir.

7.2. Tiraj üzrə uduşlar – Uduşları qazanacaq Lotereya qaliblərinin müəyyən edilməsi bu Şərtlər toplusunun 5-ci bəndinə əsasən tiraj tarixlərinə uyğun olaraq iştirakçılar tərəfindən qeydə alınmış kodlar arasından təsadüfi seçim vasitəsilə müəyyən ediləcək.

7.3. 1 (bir) ədəd final uduş – Uduşu qazanacaq Lotereya qalibinin müəyyən edilməsi 20 dekabr 2021-ci il tarixində keçiriləcək tirajda müəyyən olunacaqdır. Qaliblin seçimi proqram təminatı üzərindən təsadüfi seçim vasitəsilə müəyyən ediləcək.

7.4. Lotereyanın uduş fondunun qanunvericiliyə uyğun oynanılmasına nəzarəti həyata keçirmək məqsədi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada 5 (beş) nəfərdən ibarət Tiraj komissiyası yaradılacaq və uduş fondunun oynanılmasına azı 3 (üç) iş gün qalmış Tiraj komissiyasının üzvləri haqqında müvafiq məlumat Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim ediləcək.

7.5. Təşkilatçı oyunun (tirajın) keçirilməsi günündən sonra 3 (üç) iş günü ərzində Qalib ilə əlaqə saxlayır və uduş və onun alınması qaydası haqqında məlumat verir.

7.6. Lotereyada uduşu udmuş iştirakçılar “Lord” günəbaxan tumlarının paketindən çıxan kuponu və şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməyə borcludur.

7.7. Lotereyanın iştirakçısı tərəfindən Bu Şərtlərin 7.6-cı bəndinə uyğun olaraq məlumatlar təqdim edilmədikdə və ya təqdim edilmiş məlumatlarda uyğunsuzluqlar aşkar edildiyi halda həmin iştirakçı Lotereyanın qalibi hesab olunamayacaq və uduş ona təqdim olunmayacaqdır.

7.8. Qalib şəxs Təşkilatçıya kuponu və şəxsiyyət vəsiqəsini təqdim edə bilməzsə uduş Lotereyanın iştirakçısına verilə bilməz.

7.9. Təşkilatçı vergi və yığımların Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq ödənilməsinə görə öhdəliyi öz üzərinə götürür.

7.10. Qalib şəxs uduşunu almaq üçün bu Şərtlərin 7.6-cı bəndində nəzərdə tutulmuş sənədləri ilə həmin lotereyanın (tirajın) uduş fondu oynanıldığı tarixdən etibarən 90 (doxsan) iş gün ərzində Təşkilatçıya müraciət etməyə borcludur. Bu müddətdən sonra qalib şəxslərin uduşun alınması üçün Təşkilatçıya müraciəti qəbul edilməyəcək.

7.11. Qalib şəxs Təşkilatçıya müraciət etdiyi tarixdən Təşkilatçı 30 (otuz) iş günü ərzində uduşu ona təqdim etməlidir.

7.12. Uduşun verilməsi barədə lotereya iştirakçılarının tələbləri lotereya başlanan gündən müştəri xidmətləri (+994 50 241-45-55 nömrəsi) vasitəsilə qəbul ediləcəkdir. Bu lotereya üzrə qalib şəxs öz uduşunu “Lord” günəbaxan tumlarının satıldığı pərakəndə ticarət mərkəzlərindən əldə edə bilər.

7.13. Qalib şəxs Lotereya bitdikdən sonra uduşun alınması üçün Təşkilatçıya müraciət etmədiyi halda Təşkilatçı heç bir məsuliyyət daşımır.

7.14. Lotereyanın şərtləri ilə qalib şəxs tərəfindən tələb olunmayan uduşların saxlanması qaydası və uduşların alınması müddətinin bitməsi ilə əlaqədar olaraq onların tələb olunması imkanı nəzərdə tutulmamışdır. Tələb olunmayan bütün uduşlar Təşkilatçıda qalır və o, onları şəxsi qərarına əsasən istifadə edir.

7.15. Lotereyanın Şərtləri ilə Lotereyada oynanılan uduşların dəyəri yalnız pul ekvivalenti formasında ödəniləcək. Uduşun əşya şəkilində verilməsi nəzərdə tutulmur.

7.16. Uduşun alınması anında qalib, kuponu təqdim etməsi kifayətdir.

8. Tərəflərin hüquq və vəzifələri

8.1. İştirakçının və/ və ya qalibin hüquqları

Lotereyanın şərtləri ilə tanış olmaq;

Hazırkı Şərtlər ilə müəyyən olunan qaydada Lotereyada iştirak etmək, Şərtlərdəki dəyişikliklər haqqında məlumat almaq;

Lotereyanın Şərtlərinə müvafiq olaraq Lotereya haqqında məlumatın verilməsini Təşkilatçıdan tələb etmək;

Uduş fondunun oynanılmasında iştirak etmək;

Lotereyada uduş əldə etmiş iştirakçıya müvafiq uduşun verilməsini tələb etmək;

Uduşun verilməsinin gecikdirilməsi halında məhkəməyə müraciət etmək;

Alınan uduşdan öz mülahizəsinə uyğun istifadə etmək, yəni, sonrakı istifadə üçün uduşu üçüncü şəxslərə ötürmək hüququna malikdir.

8.2.İştirakçının vəzifələri

Lotereya iştirakçılarının qalib olduğu halda Lotereyanın şərtləri ilə müəyyən olunan müddətdə uduşların alınması ilə əlaqədar olan bütün hərəkətləri yerinə yetirmək;

bu Şərtlər toplusundan irəli gələn digər vəzifələri yerinə yetirmək.

8.3. Təşkilatçının vəzifələri:

Lotereyanın Təşkilatçısı Lotereyanın keçirilməsini başa çatdırmağa, o cümlədən uduşların təqdim olunmasını həyata keçirməyə və İştirakçılara qarşı münasibətdə qanunvericiliklə və bu şərtlərlə müəyyənləşən digər zəruri hərəkətləri icra etmək;

Lotereyanın keçirilməsinin vaxtından əvvəl dayandırılması zamanı Lotereyanın Təşkilatçısı kütləvi informasiya vasitələrində Lotereyanın keçirilməsinin dayandırılması haqqında məlumatı yaymaqla kütləvi xəbərdarlıq etmək;

Lotereyanın keçirilməsinin dayandırılması və ya vaxtından əvvəl dayandırılması zamanı uduşların təqdim olunması və digər zəruri hərəkətlərin həyata keçirilmək;

Lotereyanın Şərtləri və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan hallar istisna olmaqla, üçüncü şəxslərə Lotereyanın İştirakçısı haqqında məlumatı təqdim etməmək;

Lotereyanın Şərtlərinin bütün tələblərini yerinə yetirmiş Qaliblərə uduşlar vermək;

Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə əsasən və ya hazırkı Şərtlərdə qeyd olunan hallardan savayı, lotereyanın iştirakçılarının şəxsi məlumatlarını istifadə etməmək və onlarla digər əlaqələrə və ya yazılı danışıqlara girməmək;

lotereyanın uduş fondunun formalaşdırılmasını təsdiq edən sənədlərin nüsxələrini tirajın uduş fondunun oynanılmasına azı 30 (otuz) dəqiqə qalmış, kodlar haqqında hesabatı, uduş fondunun oynanılmasına azı 1 (bir) iş günü qalmış, tiraj komissiyasının üzvləri haqqında məlumatı tirajın uduş fondunun oynanılması başa çatdığı tarixdən etibarən 5 iş günündən gec olmayaraq tirajın uduş fondunun oynanılmasının nəticələri haqqında tiraj komissiyası tərəfindən tərtib olunmuş aktın bir nüsxəsini Mərkəzi Banka təqdim etmək.

8.4.Təşkilatçının hüquqları

Uduşun alınması üçün zəruri olan Lotereya Şərtlərini yerinə yetirməyən Qalibə uduşun verilməsindən imtina etmək;

Qalib təyin olunmuş zaman limitində uduşu tələb etmədiyi halda, uduşdan öz qərarına əsasən istifadə etmək;

Qalibin yazılı razılığı ilə onun adından, soyadından, fotoşəklindən, onunla apardığı müsahibədən və onun haqqında digər materiallardan reklam məqsədilə istifadə etmək.

9. MƏHDUDİYYƏT

9.1. Lotereyada iştirak edən iştirakçı öz iştirakını Lord Günəbaxan Tumları almaqla və müvafiq kodu Şərtlər toplununu 3.6-cı bəndində qeyd edilən whatsup nömrəsinə göndərməklə təsdiq edir.

9.2. Təşkilatçının məsuliyyəti uduşunu hazırkı şərtlərdə müəyyən edilmiş dəyəri və sayı çərçivəsindən kənara çıxmır.

10. Stimullaşdırıcı lotereyada iştirak üzrə istisnalar

10.1. Lotereyanın iştirakçısı Azərbaycan Respublikası ərazisində yaşayan bütün şəxslər ola bilər.

10.2. Aşağıda göstərilən şəxslər Lotereyada iştirak etmək hüquqları yoxdur və istənilən halda Lotereyanın iştirakçısı sayılmırlar:

a) 18 yaşına çatmamış şəxslər

b) Lotereyanın Təşkilatçısının əməkdaşları və onların ailə üzvləri (həyat yoldaşı, övladları, qardaş/bacıları, valideynləri);

c) Lotereyanın keçirilməsinə bu və ya digər formada Lotereyanın keçirilməsinə cəlb olunan hüquqi və fiziki şəxslər yaxud onların nümayəndələri, ailə üzvləri (həyat yoldaşı, övladları, qardaş/bacıları, valideynləri);

d) Lotereyanın qaliblərinin müəyyən edilməsi üzrə tiraj komissiyanın üzvləri və onların ailə üzvləri (ər/arvad, övladları, qardaş/bacıları, valideynləri).

10.2. Lotereyaya aid olan reklam daşıyıcılarında yuxarıda göstərilən istisnalar barədə məlumat veriləcək. Həmin şəxslər lotereyada iştirak edərsə, heç bir uduş əldə edə bilməyəcək.

11. DİGƏR ŞƏRTLƏR

11.1. Lotereyada iştirak etməklə Lotereyanın iştirakçısı mövcud Şərtlərlə tanış olub onlarla tam razılaşması faktını təsdiq etmiş olur və bu Şərtləri yerinə yetirmək öhdəliyini üzərinə götürür.

11.2. Lotereyada qalib olan iştirakçılar yazılı razılıq verdiyi halda onların şəxsi məlumatları Təşkilatçı tərəfindən istifadə oluna, eləcə də, Lotereyanın bilavasitə realizəsini həyata keçirən və Təşkilatçı ilə müvafiq müqavilə imzalayan üçüncü şəxslərə ötürülə bilər. Yazılı razılıq qeyri-müəyyən müddətə verilir və Lotereya müddəti bitdikdən sonra təklif olunan geri götürülmə tarixindən ən azı 1 (bir) ay qabaq Sifarişçiyə yazılı bildirişlə geri götürülə bilər.

11.3. İştirakçı şəxsi məlumatlarının operatoru kimi çıxış edən Təşkilatçı haqqında məlumatların alınması hüququna malikdir. İştirakçı tərəfindən natamam, köhnə, qeyri-dəqiq məlumatların təqdim olunması nəticəsində Təşkilatçının öhdəliklərinin yerinə yetirilməməsi zamanı Təşkilatçı heç bir məsuliyyət daşımır.

11.4. Lotereyanın İştirakçı tərəfindən mövcud Şərtlərin pozulması, və ya İştirakçı tərəfindən hazırkı Şərtlərin yerinə yetirilməsindən imtina (o cümlədən Lotereyanın keçirilməsi və/və ya uduşların əldə olunması, qaydası və müddəti ərzində) İştirakçı tərəfindən Lotereyada iştirakdan imtina kimi hesab ediləcək.

11.5. Stimullaşdırıcı lotereyaya nəzarət Təşkilatçı tərifindən həyata keçiriləcək. Müvafiq kod və məlumatlar Təşkilatçı tərəfindən yoxlanılacaq.

11.6. Lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsi barədə qərar Təşkilatçının icra orqanının rəhbəri tərəfindən qəbul edilir. Təşkilatçı tərəfindən lotereyanın şərtlərinə əlavə və (və ya) dəyişikliklərin edilməsinə yalnız Mərkəzi Bankın icazəsi ilə yol verilir.