image-news-seasaltbackend

Dünyaca məşhur aşpazlar yeməklərində dəniz duzu isifadə edir. Niyə mi?

Yeməklərini çox daha ləzzətli etdiyi üçün…

“Yaxşı, dəniz duzunun, süfrə duzu deyilən rəfinə duzdan fərqi nədir, nəticədə ikisi də duz deyil mi?”, Deyəcəksiniz. Aradakı fərq o qədər böyükdü ki … Dəniz duzu heç bir şəkildə tərkibi dəyişdirilməmişdir, rəfinə edilməmiş, təbii mineral zənginliyini qoruyan duzdur. Süfrə duzu isə rəfinə edilmiş, yəni bütün mineral zənginliyini itirmiş duzdur.

İkisinin ortaq nöqtəsi, dadlarının “duzlu” olmasıdır. Lakin ləzzətləri yenə də fərqlidir. Süfrə duzu, duzlukdan asan axsın, topalanmasın deyə qatqı maddələr ilə qarışdırılmışdır və bunların dadını- qoxusunu yəqin hiss edirsiniz. Dəniz duzu isə mineral baxımından çox zəngindir, ləzzəti də çox daha gözəldir. Dəniz duzu həm iri dənəli olaraq, həm də döyülmüş olaraq satılır.

Dəniz duzu 80-ə yaxın mineralı özündə birləşdirir. Çünki bu duzun qaynağı olan dəniz suyu, qanımıza bənzər minerallardan ibarətdir. Bir tutam dəniz duzu bir çox mineralı almamızı təmin edir.

Son dərəcə qiymətli bir qida olan dəniz duzu, kimyəvilərlə, həddindən artıq istilikdə rəfinə edilsə quru bir tərkib olar çıxar. Dəniz duzu rəfinə edildiyində yüzdə 40 natrium və yüzdə 60 xloridlər ibarət süfrə duzu əldə edilir. Bəzi süfrə duzlarına rafinasyon əsnasında içlərindən alınmış olan yod sonradan əlavə edilir.

Turşulara qatılan və yarpaqları şoraba etmək üçün istifadə edilən duz, dəniz duzudur. Süfrə duzu ilə edilən turşular çox tez pozular və əriyər.

Dəniz duzu, axıcı olması və ya rütubət çəkməməsi üçün kimyəvilərlə işlənmiş olmadığından, duzluqdan axmaz. Süfrəyə gətirmək istəsəniz hər kəsin bir tutam ala biləcəyi boşqablara qoya bilərsiniz.

Dəniz duzunun başqa bir faydası da, radiasiyaya məruz qalındığında təsirli bir duş vəsaiti olmasıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki